ELM VƏ TƏHSİL


ALİ MƏKTƏBLƏRƏ ƏLAVƏ YERLƏŞDİRMƏNİN VƏ TEXNİKUMLARA TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİ ELAN OLUNMUŞDUR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmənin nəticələrini “Abituriyent” jurnalının 8-ci, ali məktəblərə qəbul imtahanlarında toplanılan ballar əsasında texnikumlara tələbə qəbulunun nəticələrini isə 9-cu saylarında dərc etmişdir. Əlavə yerləşdirmə əsasında ali məktəblərin bütün şöbələrinə (əyani, axşam, qiyabi) qəbul olunmuş abituriyentlər Qəbul Qaydalarının 8-ci bəndinə əsasən, avqustun 15-dən 25-dək, texnikumlara daxil olanlar isə avqustun 15-dən 20-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK-nın ali məktəblərə və texnikumlara göndərdiyi qəbul olunanların siyahısında imza etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməyən abituriyentlər qəbul olunanlar sırasından xaric ediləcək və onların qəbul haqqında əmrləri müvafiq təhsil müəssisələrinə göndərilməyəcəkdir.

Ali məktəblərin boş qalan yerlərinə 3 min 829 ərizə verilmiş, onlardan 2 min 535 abituriyent qəbul olmuşdur.

Orta ixtisas məktəblərinə sənəd qəbulunun 1-ci mərhələsində 8 min 780 plan yerinə 3 min 734 abituriyent sənəd vermiş, onlardan 2 min 996 nəfər daxil olmuşdur.

Tələbə qəbulu ilə bağlı apellyasiya komissiyasının fəaliyyəti başa çatdığına görə, avqustun 13-dən etibarən TQDK–ya tələbə qəbulu ilə bağlı daxil olan ərizə, şikayət və müraciətlərə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.