ELM VƏ TƏHSİL
“ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ ARASINDA İNFORMATİKA ÜZRƏ ÜMUMRESPUBLİKA OLİMPİADASI”NIN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMIŞDİR
2 mərhələdən ibarət olan olimpiadada ölkəmizin ali məktəb tələbələrindən, eləcə də müsabiqədən kənar məktəblilərdən ibarət 40 komanda iştirak etmişdir.
Final mərhələsinin nəticələrinə görə Qafqaz Universitetinin “Qafqaz şahinləri” komandası 1-ci, Bakı Dövlət Universitetinin “İNF14” komandası 2-ci, “Enq1” komandası isə 3-cü yerə layiq görülmüşlər.
Məktəblilərdən ibarət komanda bu yarışda müsabiqədən kənar iştirak etdiyi üçün rəsmi olaraq yer qazanmasa da, balların ümumi nəticəsinə görə qaliblər sırasında olmuşdur.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramına (2006-2010-cu illər)” uyğun olaraq təşkil edilən bu tədbirin keçirilməsində məqsəd gənclərin informasiya-kommunikasiya texnologiyaları hazırlığının daha da təkmilləşdirilməsi, kompyuter proqramlaşdırılması sahəsində istedadlı gənclərin aşkara çıxarılmasıdır.
Qaliblər mayın 17-də keçiriləcək Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə mükafatlandırılacaqlar.