SİYASƏT
ALMANİYADAKI AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR MİTİNQ KEÇİRƏCƏKLƏR
Bakı, 27 mart (AZƏRTAC). Almaniyadakı Azərbaycan diaspor təşkilatları 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbirlər keçirəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Almaniyadakı Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman – Azərbaycan Həmrəylik Cəmiyyeti və Azərbaycan Kültür Ocağı martın 31-də Berlindəki Ermənistan səfirliyi qarşısında etiraz mitinqi keçirəcəklər.
Bundan başqa, diaspor təşkilatlarımız ermənilərin 1918-ci ilin martında Bakıda və respublikamızın rayonlarında azərbaycanlılara, türklərə, yəhudilərə və digər millətlrə qarşı törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün materiallar hazırlayaraq yayacaqlar.