DÜNYA


ALMANİYADA UŞAQ VƏ GƏNCLƏR SİQARET ÇƏKMƏKDƏ AVROPA ÇEMPİONLARI” OLMUŞLAR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Essen şəhərindəki tədqiqatlar mərkəzi Almaniyanın ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində gənc nəslin sağlamlığına dair test yoxlamaları keçirmiş və fəlakətli nəticələrlə üzləşmişdir. Məlum olmuşdur ki, ölkədə milyonlarla uşaq və gənc öz sağlamlıqlarının qeydinə qalmır, idmanla məşğul olmaq əvəzinə, müəyyən qadağalara

baxmayaraq, siqaret çəkir, həm də spirtli içkilərə daha artıq meyl göstərirlər.

Sağlamlıq Təşkilatı test yoxlamalarının acınacaqlı nəticələrini yekunlaşdıraraq, öz hesabatında təşvişlə bildirmişdir ki, Almaniyada uşaq və gənclərin 15 faizi yaş səviyyəsinə uyğun gəlməyən artıq çəkilidir, 5 faizi isə piylənmə xəstəliyinə meyllidir. Azyaşlı və 15 yaşadək uşaqların 25 faizi, hətta qız uşaqlarının 27 faizi siqaret çəkməyi gündəlik həyatlarında məşğuliyyətə çevirmişlər. Bu dəhşətli faktı hesabatda xüsusi vurğulayan Ümumdünya Sağlamlıq Təşkilatı almaniyalı uşaq və gəncləri siqaret çəkməkdə “Avropa çempionları” adlandırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.