ELM VƏ TƏHSİL


ALMANİYALI ALİMLƏR AZƏRBAYCAN ƏRAZİLƏRİNİN TEKTONİK GƏRGİNLİYİNİ ÖYRƏNİRLƏR

Almaniyanın Haydelberq Akademiyası Karlsruye Universitetinin geoloq alimləri Birgit Müller və Mark Tinqay ölkəmizə səfərə gəlmişlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd “Dünyanın tektonik gərginlik xəritəsi” layihəsi çərçivəsində ərazilərimizin tektonik gərginliyinin tədqiqini davam etdirməkdir.

Xatırladaq ki, 1986-cı ildə almaniyalı alimlər dünyanın tektonik gərginlik xəritəsini tərtib etmək təşəbbüsünü irəli sürmüş və bu məqsədlə professor Frideman Venzelin rəhbərliyi altında uzunmüddətli beynəlxalq layihənin əsası qoyulmuşdur. İnstitut bu layihəyə qoşulmaqla “Dünyanın tektonik gərginlik xəritəsi”nin Azərbaycana aid hissəsini hazırlamağı öhdəsinə götürmüşdür.

Layihənin Azərbaycandakı rəhbərləri, AMEA-nın Yer elmləri bölməsinin akademik-katibi, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, institutun seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Bəhruz Pənahidir. Dövlət Neft Şirkəti, bp və ölkəmizdə fəaliyyət göstərən digər xarici neft şirkətləri də layihənin iştirakçılarıdır.

İştirakçı təşkilatların geofiziki məlumatları Karlruye Universitetinə məxsus olan unikal kompyuter proqramları vasitəsilə analiz edilir.

Layihə çərçivəsində tektonik gərginlik istiqamətində elmi biliklərini artırmaq üçün gənc geoloqlarımızın Almaniyada kurslar keçməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.