DÜNYA
ALMANİYANIIN DÖVLƏT BAŞÇISI İLK DƏFƏ NORMANDİYA TƏNTƏNƏLƏRİNƏ DƏVƏT OLUNMUŞDUR
Almaniyanın dövlət başçısı 60 ildən sonra tarixdə ilk dəfə olaraq Normandiya təntənələrinə dəvət olunmuşdur. Fransa prezidenti Jak Şirakın şəxsi dəvəti ilə Parisə səfər edən federal kansler Gerhard Şröder 15 ölkənin 23 dövlət və hökumət başçıları ilə birlikdə iyunun 6-da ikinci dünya müharibəsində müttəfiqlər tərəfindən Normandiyanın Arromanş sahillərinə desant qoşun hissələri çıxarılmasının 60-cı ildönümünə həsr olunmuş mərasimdə iştirak edəcəkdir.
Fransa prezidenti Jak Şirakın dəvətini müharibədənsonrakı Almaniyaya qarşı atılan tarixi bir addım kimi dəyərləndirən Almaniya federal kansleri səfər ərəfəsində bildirmişdir ki, Fransa prezidenti Jak Şirak Almaniya hökumətinin başçısını bu təntənələrə dəvət etməklə yeni tarixdə önəmli bir səhifə açmışdır. O, Almaniyaya doğru atılan bu addımı, həmçinin İkinci dünya müharibəsindən sonrakı dövrün Avropa, o cümlədən Almaniya üçün artıq arxaikləşərək keçmişdə qalmasının və qitədə yeni dövrün başlanmasının əsl rəmzi mənası kimi qiymətləndirmişdir.