ELM VƏ TƏHSİL


ALMANİYANIN ALİ TƏHSİL ÜZRƏ MÜTƏXƏSSİSLƏRİ BAKIYA GƏLƏCƏKLƏR

Almaniya Ali Məktəb Rektorları Konfransının (AAMRK) prezidenti, professor Klaus Lanqfrid Azərbaycanın Almaniyadakı səfirliyinə ünvanladığı məktubda iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın sahə və istiqamətlərini müəyyənləşdirmək məqsədilə respublikamıza mütəxəssislərdən ibarət nümayəndə heyəti göndərəcəyini bildirmişdir.

AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, AAMRK-ın vitse-prezidenti, Osnabruq Tətbiqi Elmlər Universitetinin rektoru, professor Erhard Milenhauzen, qurumun katibliyinin beynəlxalq əlaqələr idarəsinin əməkdaşı Gerhard Dudan və Brandenburq əyalətinin Elm, Tədqiqat və Mədəniyyət Nazirliyinin əməkdaşı, professor Ulrix Şmidtdən ibarət nümayəndə heyəti bu il sentyabrın 9-12-də Bakıda işgüzar səfərdə olacaqdır. Bu səfər Almaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış dövlətlərarası sazişə uyğun olaraq həyata keçiriləcəkdir. Səfər ali təhsil siyasəti məsələlərində əməkdaşlığa, eləcə də Azərbaycan tərəfinə bu sahədə islahatların həyata keçirilməsinə dair məsləhətlər vermək və əməli yardım göstərmək məqsədi daşıyır.

Bu məsələlər hələ ötən il noyabrın 4-6-da Drezden şəhərində Almaniya-Azərbaycan müştərək komissiyasının iclasında müzakirə edilmiş və müvafiq qərar qəbul olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.