İQTİSADİYYAT
ALMANİYA AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARA HƏR CÜR YARDIM GÖSTƏRƏCƏK
Bunu AZƏRTAC-ın müxbirinə Almaniyanın Azərbaycandakı səfirliyindən bildirmişlər. Bu vəsait əsas məqsədi respublikanın özəl sektorunu dəstəkləmək olan bank kreditlərinə yönəldiləcəkdir.
Maliyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı çərçivəsində Almaniya tərəfi Azərbaycan Mikromaliyyələşdirmə Bankına əlavə olaraq 1,15 milyon avro və respublikanın torpaq kadastrları və registrləri sistemində islahatlar aparılması proqramlarına kömək üçün 3,5 milyon avro ayırmaq barədə qərar qəbul etmişdir.
Bundan başqa, texniki əməkdaşlıq sahəsində layihələrin həyata keçirilməsinə də maliyyə yardımı göstərmək nəzərdə tutulmuşdur. Məsələn, Almaniya tərəfi, müəssisələrin özəlləşdirilməsi üzrə məsləhət xidmətləri göstərilməsi layihəsinə 3,15 milyon avro və ölkəmizin məhkəmə və hüquq sistemlərində islahatlara 1,15 milyon avro ayıracaqdır.