SİYASƏT
ALMANİYA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Parlamentin sədri ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışmış, bu əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır. Bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Biz Azərbaycanın Avropa Şurasına üzvlüyü məsələsində almaniyalı deputatların dəstəyini, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nümayiş etdirdiyi obyektiv mövqeyi yüksək qiymətləndiririk. Ümid edirik ki, həmin mövqe bundan sonra da dəyişməyəcəkdir.
Səfir Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə ölkəsinin parlamentinin sədri və öz adından təbrik etmişdir. Bildirmişdir ki, Almaniya Azərbaycanın regiondakı mövqeyini yüksək qiymətləndirir və əlaqələrimizin hərtərəfli inkişafında maraqlıdır. Almaniya bu il və gələn ilin birinci yarısında Avropa İttifaqına sədrlik edəcəkdir. Azərbaycan bu müddət ərzində də Almaniyanın dəstəyinə ümid edə bilər.
Sonra görüşdə Azərbaycanla Almaniya, eləcə də Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizin Avratlantika strukturlarına inteqrasiyası, Azərbaycan-Almaniya parlamentlərarası münasibətlərinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.