DÜNYA
ALMANİYA BİRLƏŞMƏSİNİN İLDÖNÜMÜNÜ BAYRAM ETDİ
Almaniya Federativ Respublikası ölkənin vahidləşməsinin on ikinci ildönümünü qeyd etmişdir. Rəsmi bayram mərasimi iki il müddətində təmir-bərpa işləri aparılaraq əvvəlki görkəminə qaytarılan, Almaniyanın şərqi və qərbi arasında uzun müddət keçid rolunu oynayan Brandenburq darvazasının açılışı ilə başlanmışdır. Yayılan rəsmi məlumatlara görə, bu tarixi abidənin ikinci dünya müharibəsindən əvvəlki simasına qaytarılması məqsədi ilə aparılan təmir-bərpa işlərinə 4 milyon avrodan çox vəsait xərclənmişdir.
Brandenburq darvazasının qarşısındakı Paris meydanına toplaşan berlinliləri federal prezident Yohannes Rau, federal kansler Qerhard Şröder və ABŞ-ın eks-prezidenti Bill Klinton salamlamışlar.
Federal prezident Yohannes Rau öz çıxışında vurğulamışdır ki, “biz Almaniyada demokratiya və azadlığın tam və qəti qələbəsi üçün dostlarımıza və müttəfiqlərimizə minnətdarıq və bunu heç vaxt unutmayacağıq”.
Yusif XƏLİLOV
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]