Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ALMANİYA FEDERATİV RESPUBLİKASININ KANSLERİ ZATİ-ALİLƏRİ CƏNAB GERHARD ŞRÖDERƏ

Hörmətli cənab Kansler,

Almaniya Federativ Respublikasının milli bayramı – Alman birliyi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı əlaqələrin gündən-günə inkişafından məmnunam. Ümidvaram ki, qarşılıqlı səylərimizlə bütün sahələrdə səmərəli əməkdaşlığa nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin