RƏSMİ SƏNƏDLƏR
ALMANİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YOHANNES RAUYA
Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş təbii fəlakətin doğurduğu insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzu edirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2002-ci il