İQTİSADİYYAT
ALMANİYA GƏNCƏ VƏ ŞƏKİNİN SU TƏCHİZATI SİSTEMİNİN YAXŞILAŞDIRILMASINA 2 MİLYON AVRO AYIRMIŞDIR
Almaniya hökuməti Gəncə və Şəkinin su təchizatı sisteminin bərpa edilməsi və təkmilləşdirilməsi layihələrinin həyata keçirilməsinə 2 milyon avro ayırmışdır. Bunu AZƏRTAC-ın müxbirinə Almaniyanın ölkəmizdəki səfirliyindən bildirmişlər.
Bu, Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığı tarixində ən iri layihədir və nəzərdə tutulan işlər başa çatdıqdan sonra Gəncə və Şəki sakinləri keyfiyyətli içməli sudan tam həcmdə istifadə etmək imkanı qazanacaqlar.
Xatırladaq ki, bundan əvvəl İmişlidə də oxşar birgə layihə gerçəkləşdirilmiş və bunun sayəsində həm şəhər sakinlərinin məişət şəraiti yaxşılaşmış, həm də rayonda yüngül sənaye obyektlərinin inkişafı üçün əlverişli zəmin yaradılmışdır.
Gəncə və Şəkidə layihə işlərini həyata keçirmək üçün ümumən 54 milyon avro xərcləmək nəzərdə tutulur. Bunun 10 milyonunu İsveçrə hökuməti ayıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:26]
Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib
- 19.04.2024 [16:10]
“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub
- 19.04.2024 [15:45]
Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib
- 19.04.2024 [15:35]
Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb
- 19.04.2024 [14:58]
® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir
- 19.04.2024 [14:41]
Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək
- 19.04.2024 [14:37]