İQTİSADİYYAT
ALMANİYA İLƏ AZƏRBAYCAN ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞA DAİR MƏSLƏHƏTLƏŞMƏLƏR UĞURLA BAŞA ÇATMIŞDIR
Bu əməkdaşlıq layihələri sırasında əsas yerləri kiçik və orta müəssisələrə yardım üçün bir sıra seçmə Azərbaycan banklarına kredit ayıran Alman-Azərbaycan Fondu, Azərbaycan Mikromaliyyələşmə Bankı, eləcə də İqtisadi İnkişaf Nazirliyinə bazar iqtisadiyyatı qurulması və Azərbaycan müəssisələrinin özəlləşdirilməsi sahəsində edilən yardım tutur. Digər mühüm layihələr hüquq və məhkəmə islahatlarına, İmişli, Gəncə və Şəkinin su təchizatı sisteminin yenidən qurulmasına xidmət edir.
Almaniya bu günədək Azərbaycana 270 milyon avro vəsait ayırıb. Bu məbləğin 130 milyonu Azərbaycana ikitərəfli əməkdaşlıq çərçivəsində verilmişdir. Həmin vəsaitin 108 milyonu ikitərəfli maliyyə əlaqələrinin qurulmasına, 32 milyonu isə texniki əməkdaşlığa sərf olunmuşdur. Bundan əlavə, Avropa İttifaqının Azərbaycana ayırdığı vəsaitin üçdə bir hissəsi Almaniyanın payına düşür. Gələcəkdə ayrılacaq yardımın məbləği haqqında 2004-cü ilin yazında keçiriləcək ikitərəfli hökumətlərarası danışıqlarda qərar veriləcəkdir.