DÜNYA


ALMANİYA İRAQA ƏSGƏR GÖNDƏRMƏYƏCƏK

AZƏRTAC-ın İstanbuldan aldığı xəbərə görə, AFR kansleri Gerhard Şröder burada bəyanat vermişdir ki, əgər İraqın bərpası vəzifəsi hətta NATO-ya həvalə olunsa belə, Almaniya bundesverin bölmələrini oraya göndərməyəcəkdir.

O xatırlatmışdır ki, Berlin Fars körfəzi bölgəsində hərbi əməliyyatlar hələ başlanmazdan əvvəl “güc tətbiq olunmasının gözlənilən nəticəni verməyəcəyini” bildirmiş və birmənalı şəkildə bəyan etmişdi ki, Almaniya bu əməliyyata qoşulmayacaqdır. Almaniya hökumətinin başçısı demişdir: “Biz öz prinsipial mövqeyimizi dəyişməyəcəyik. Almaniya Balkan yarımadasında və Əfqanıstanda sabitliyin qorunmasında iştirak edərək, beynəlxalq terrorizmlə mübarizə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.