DÜNYA


ALMANİYA MƏKTƏBLƏRİNDƏ MÜSƏLMANLARIN BAŞ ÖRTÜYÜ DAŞIMASI DÖVLƏT SƏVİYYƏLİ PROBLEMƏ ÇEVRİLMİŞDİR

Almaniya məktəblərində islam etiqadlı müəllimə və şagirdlərin baş yaylığı daşıması məsələsinə dair mübahisələr davam etməkdədir. Yeni ilin astanasında federal prezident Yohannes Rau da AFR-in mərkəzi televiziya kanalı ZDF-ə verdiyi müsahibəsində bu məsələyə münasibət bildirmişdir. Federal prezidentin fikrincə, “Almaniya təhsil müəssisələrində baş yaylığını daşımaq heç də islam dinini digər dinlərdən mütərəqqi və ali saymaq demək deyildir”.

Prezidentin fikrincə, təhsil ocaqları dini inam və əqidəsindən asılı olmayaraq, hər bir xristian, müsəlman, yəhudi və digər din daşıyıcılarının azad fikir və əqidə meydanı olmalıdır. “Əgər məktəblərdə islam inamlı qadın müəllimə və şagirdlərin baş yaylığı daşımasına qadağa qoyularsa, bunun müqabilində ölkənin təhsil müəssisələrində xristianların da xaç daşımasına qadağa qoyulmalıdır”.

Almaniyada 3,2 milyon nəfər müsəlman yaşadığını xatırladan federal prezident, onların “ikinci növ və təbəqə insanları” sayılmasının qətiyyən yolverilməz olduğunu bildirmişdir.

Federal prezidentin məsələyə bu cür münasibəti Almaniyanın siyasi dairələrində birmənalı qarşılanmayıb. “Yaşıllar” partiyasının din məsələləri üzrə nümayəndəsi Krista Nikels prezident Raunun tövsiyələrini dəstəkləyərək, Almaniyada neçə illərdən bəri ictimai debatlara səbəb olan bu problemin həllində mütərəqqi çıxış yolu olduğunu bildirdiyi halda, federal kansler Qerhard Şröder hökumətdən Almaniya təhsil ocaqlarında müsəlmanların baş örtüyü daşımasına qadağa qoyulmasını tələb etmişdir.

Xatırladaq ki, Almaniya Federal Konstitusiya Məhkəməsi müsəlman müəllimə və şagirdlərin baş örtüyü daşıması məsələsini 2003-cü ilin sentyabrından federal əyalət məhkəmələrinin sərəncamına verdiyi səbəbindən Bavariya və Baden Vürtemberq federal əyalətləri öz təhsil müəssisələrində “baş yaylığının ləğvi” əməliyyatını artıq təcili olaraq həyata keçirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.