DÜNYA
ALMANİYA-TÜRKİYƏ SƏNAYE VƏ TİCARƏT PALATASI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, aprelin 27-də Almaniyanın federal kansleri Gerhard Şröder və Türkiyənin Bas naziri Rəcəb Tayyib Ərdoğan Köln şəhərində Almaniya-Türkiyə Sənaye və Ticarət Palatasının təntənəli açılış mərasimində iştirak etmişlər.
Mərasimdə çıxış edən hökumət başçıları Palataya uğurlar arzulamış və onun iqtisadi əlaqələrin daha da genişlənməsi, hər iki ölkənin kiçik və orta səviyyəli müəssisələri və sahibkarları arasında faydalı əməkdaşlıq əlaqələri yaradılması, habelə Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması işinə layiqli töhfələr verəcəyinə əmin olduqlarını bildirmişlər.
Açılış mərasimindən sonra Gerhard Şröder ilə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilmişdir. Söhbət zamanı ikitərəfli münasibətlərin vəziyyəti, Kipr problemi və Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsi məsələləri diqqət mərkəzində olmuşdur.