DÜNYA
ALMANİYA VƏ TÜRKİYƏ KARİKATURALARIN NƏRŞRİNDƏN YARANAN VƏZİYYƏTDƏN NARAHATDIRLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın xarici işlər naziri Frank Ştaynmayer və onun türkiyəli həmkarı Abdullah Gül Avropa mətbuatında Məhəmməd Peyğəmbərə karikaturaların nəşrinin kütləvi iğtişaşlara və qarşıdurmalara səbəb olmasından, bunun Qərb və İslam dünyası arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarmasından narahatlıqlarını bildirmişlər.
Birgə bəyanatla çıxış edən nazirlər xristian və müsəlmanları bir-birinin dini etiqadlarına hörmətlə yanaşmağa, dini-mənəvi dəyərləri hər növ təcavüz və təhqirdən mühafizə etməyə çağırmışlar.
Bəyanat Almaniyadakı müsəlmanların hiddətinin səngiməsinə təsir göstərmişdir. Fevralın 11-də onların Berlində Danimarka səfirliyi qarşısında keçirdikləri izdihamlı etiraz aksiyası sakit məcrada davam etmişdir. Məhəmməd Peyğəmbəri təhqir edənlərin cəzalandırılmasını tələb edən nümayiş iştirakçıları öz baxış və etirazlarını dinc şəkildə bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]