ELM VƏ TƏHSİL
ALMAN DİLİNİN TƏDRİSİ MÜZAKİRƏ EDİLMİŞDİR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Bakıdakı orta ümumtəhsil məktəblərində alman dilinin tədrisinin keyfiyyətini yüksəltmək məsələsi müzakirə edilmişdir.
Orta məktəb şagirdlərinin xarici dil seçməkdə müstəqil olduqlarını diqqətə çatdıran təhsil naziri Misir Mərdanov bildirmişdir ki, bu məsələ yalnız alman dilinin tədrisində maraqlı tərəflərin - Almaniyanın ölkəmizdəki səfirliyinin, Alman Akademik Mübadilə Xidmətinin, digər belə təşkilatların həmin dili valideyn və şagirdlərə təbliği yolu ilə gerçəkləşə bilər.
Nazir ölkəmizin alman dilini mükəmməl bilən kadrlara böyük ehtiyacı olduğunu vurğulamış və orta məktəblərdə bu dilin tədrisi ilə bağlı vəziyyətin araşdırılması üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıq vermişdir.
Sonda alman dilinin tədrisi işini yaxşılaşdırmaq üçün tərəflərin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərara alınmışdır.