İQTİSADİYYAT
ALMAN İŞ ADAMLARI ÖLKƏMİZƏ GƏLMİŞLƏR
AZƏRTAC xəbər verir ki, “Brücke-Osteuropa” birliyi, Almaniyanın İqtisadiyyat vəTexnologiya Nazirliyi, Azərbaycanın İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə alman iş adamlarından ibarət nümayəndə heyəti sərmayə imkanları ilə tanış olmaq və yerli sahibkarlarla əlaqələri genişləndirmək məqsədi ilə Bakıya gəlmişdir.
Mayın 23-də Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşdə maşınqayırma, energetika, kimya sənayesi, inşaat, nəqliyyat, telekommunikasiya, yeyinti sənayesi və digər sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunacaqdır.
Nümayədə heyəti Sumqayıtdakı sənaye müəssisələrinə baş çəkəcək, sərmayə layihələrini təqdim edəcəklər. Bundan əlavə, “Azərenerji” SC, “Aztelekom” İB ilə müvafiq sahələri təmsil edən alman iş adamlarından ibarət işçi qruplarının görüşü keçiriləcək, Azərbaycan Milli Elmlər Akademiyası ilə elmi-texniki istiqamətdə əməkdaşlıq məsələlərinə dair müzakirə aparılacaqdır.
Səfər mayın 26-da başa çatacaqdır.