İQTİSADİYYAT


ALMATIDA GÖMRÜK ORQANLARINDA ANTİKORRUPSİYA MƏSƏLƏLƏRINƏ DAİR KONFRANS KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almatıda “Gömrük orqanlarında antikorrupsiya işinin yaxşılaşdırılmasının strateji metodları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Yaponiya, Rusiya, Əfqanıstan, Çin, Monqolustan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qazaxıstan nümayəndə heyətlərinin iştirak etdikləri konfransda Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev və beynəlxalq əlaqələr şöbəsinin müdiri Dilavər Fərzəliyev təmsil etmişdir.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Danenin də qatıldığı tədbirdə gömrük orqanlarında antikorrupsiya işinin təkmilləşdirilməsi, korrupsiyanın aradan qaldırılması üçün köklü tədbirlər planının həyata keçirilməsi, gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə edilmişdir.

Ə.Abdullayev bu sahədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.