SİYASƏT


ALMATIDA MDB SƏRHƏD QOŞUNLARI KOMANDANLARI ŞURASININ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Almatıda MDB Sərhəd

Qoşunları Komandanları Şurasının 49-cu iclası başa çatmışdır. İclasda Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Türkmənistan, Tacikistan və Özbəkistan sərhəd qoşunları xidmətlərinin rəhbərləri iştirak etmişlər. Azərbaycanı bu tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, sərhəd qoşunları komandanı Elçin Quliyev təmsil etmişdir.

Yığıncaqda MDB dövlətləri sərhədlərindəki vəziyyət, sərhəd xidmətləri arasında əməkdaşlığın bəzi problemləri, Sərhəd Qoşunları Komandanları Şurası əlaqələndirmə xidmətinin 2004-cü il üçün fəaliyyət planının layihəsi müzakirə edilmişdir.

Xatırladırıq ki, Sərhəd Qoşunları Komandanları Şurasının fəaliyyət dairəsinə sərhəd məsələləri ilə bağlı hökumət qərarlarının, MDB nizamnaməsi müddəalarının razılaşdırılması, sərhədlərin və iqtisadi zonaların qorunması sahəsində sərhəd qoşunlarının səylərinin əlaqələndirilməsi, hərbi-texniki siyasət və kadr hazırlığı sahəsində informasiya mübadiləsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.