İDMAN
ALTI KLUB CƏRİMƏLƏNMİŞDİR
qərarına əsasən, ölkə futbol çempionatında keçirilən “Göyəzən” -
“Xəzər-Lənkəran” oyununda qonaq komandanın oyunçusu Zaur Ramazanov hakimi təhqir etdiyinə görə, növbəti iki oyundan kənarlaşdırılmış, klub isə 2000 AZN cərimələnmişdir.
“MKT-Araz” – “Olimpik” oyununda qonaq komandanın futbolçusu Vüqar Quliyevə qırmızı vərəqə göstərildiyinə, habelə “Olimpik”in 4 futbolçusu sarı vərəqə aldığına görə, klub 1200 AZN cərimə edilmişdir. Həmçinin, görüşdən sonra “MKT-Araz” komandasının oyunçusu Murad Ağakişiyev və “Olimpik” komandasının üzvü Marko Mirkoviç soyunub-geyinmə otağında bir-birilərini vurduqlarına görə, onların hər biri iki oyundan kənarlaşdırılmış və klubların hər ikisi 2000 AZN cərimələnmişdir.
Birinci dəstə komandaları arasında keçirilmiş “Yeni Yevlax” – “Simurq” görüşündə isə hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klublar 100 AZN, “U-17” – “Şərur” oyununda isə “Şərur”un oyunçusu Fazil Qarayev qırmızı vərəqə ilə cəzalandırıldığı üçün, növbəti oyunu buraxmaqla yanaşı, klub 20 AZN cərimə olunmuşlar.