MƏDƏNİYYƏT
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ
Kitabda şairin əsasən lirik şerləri toplansa da, zəmanənin nöqsanlarını qamçılayan Sabiranə satira nümunələri də verilmişdir ki, bu da oxucuların marağına səbəb olacaqdır.
Kitabı institutun əməkdaşları Sona Xəyal və Mustafa Əliyev tərtib etmişlər.
X X X
İnstitutun daha bir nəşri isə görkəmli Azərbaycan ədibi və pedaqoqu Abdulla Şaiqin “Arazdan–Turana” kitabıdır.
Ədəbi fəaliyyətinin ilk çağlarından ömrünün sonuna qədər A.Şaiqin yaradıcılığının müəyyən məqamlarını əhatə edən bu kitabda ədibin yazdığı, lakin çapa vermədiyi əsərləri toplanmışdır. Onların arasında stalinizmi kəskin tənqid edən şerlər diqqəti daha çox cəlb edir.
Kitabda A.Şaiqin poemaları, dramları, rus yazıçılarından iqtibasları və sair toplanmışdır.
Kitabın tərtibçisi Mina Əsədli, elmi redaktoru və ön sözün müəllifi akademik Kamal Talıbzadədir.