İDMAN


AMADA gender bərabərliyi ilə bağlı beynəlxalq layihəyə başlayıb

Bakı, 11 may, AZƏRTAC

Mayın 10-11-də Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin 53-cü (CAHAMA) görüşündə Azərbaycanın nümayəndəsi, gender bərabərliyi məruzəçisi və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) rəhbəri Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olması və gender balansının dopinqlə mübarizənin idarə edilməsində xüsusi əhəmiyyətini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Ş.Hüseynli deyib: “Hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmalıdır”.

Ş.Hüseynli Avropa Şurası ölkələrinin və Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumların arasında gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədlərinin və daxili qaydaların təhlil edilməsi və bununla əlaqədar yekunda tövsiyə xarakterli sənədin hazırlanmasıdır.

Bu layihə müsbət qarşılanaraq Azərbaycana xüsusi təşəkkür bildirilib və Ş.Hüseynliyə layihənin daha da genişləndirilməsi və Avropa Şurası ilə birgə layihənin həyata keçirilməsi təklif olunub. Nəticədə, Ş.Hüseynli Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başlayıb.

AMADA antidopinq sahəsində artıq ikinci irimiqyaslı layihəyə rəhbərlik edir. Birinci layihə idmançıların hüquqlarının qorunması ilə bağlı 50-dən çox ölkəni əhatə edən antidopinq icraatı zamanı idmançının ədalətli dinləməyə çıxışı barədə araşıdırmalarla bağlıdır. Birinci layihənin icrası hazırda davam edir.

Qeyd edək ki, Ş.Hüseynli 2019-cu ilin oktyabrında CAHAMA-nın görüşündə Gender Bərabərliyi Məruzəçisi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.