İDMAN


AMADA paralimpiyaçılar üçün maarifləndirici seminar keçirib

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) idmana yeni cəlb edilən paralimpiyaçılar üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları tərəfindən maarifləndirici seminar keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, seminarda idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.

Seminarda Paralimpiya idman növləri ilə məşğul olacaq müxtəlif dərəcəli əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsi qaziləri, komitənin idman şöbəsinin mütəxəssisi Saday Abdullayev, AMADA-nın Təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, təhsil proqramları üzrə menecer Qüdrət Səfərov, rəqəmsal marketinq üzrə menecer Anar Abdullayev iştirak ediblər.

Qeyd olunub ki, idmançıların antidopinq qaydalarına riayət etməsi üçün AMPK və AMADA mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.