İDMAN


AMADA yerli idman federasiyalarının əlaqələndiriciləri üçün vebinar təşkil edib

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yerli idman federasiyalarının əlaqələndiriciləri üçün ümumdünya antidopinq məcəlləsində gələn il qüvvəyə minəcək dəyişikliklər və yeniliklər haqqında vebinar keçirib.

AZƏRTAC xəbər verir ki, vebinarın ilk hissəsində iştirakçılar maarifləndirici video ilə tanış olublar.

Sonra iştirakçıları maraqlandıran məsələlər barəsində sual-cavab baş tutub.

İştirakçılar bu təlim nəticəsində sertifikat əldə etməklə, öz federasiyalarında effektiv təlimlər keçirə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.