SİYASƏT


ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI MÜZAKİRƏ OLUNMUŞDUR

Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabovla görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Vilayət Quliyev və Nikolay Ryabov Azərbaycan ilə Rusiya arasındakı dostluq münasibətlərinin və işgüzar əlaqələrin möhkəmlənməsi və genişlənməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları haqqında geniş fikir mübadiləsi aparmışlar.

Söhbət zamanı oktyabrın 15-də Azərbaycanda azad və demokratik şəraitdə keçirilmiş prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.