SİYASƏT
ƏMƏKDAŞLIĞIN YENİ FORMALARI MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova təsisatın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat vermişdir. O,ombudsmana müraciət edən vətəndaşların iqtisadi hüquqlarının pozulması ilə bağlı ərizələrinin İqtisadi İnkişaf Nazirliyinə göndərildiyini və bu şikayətlərin müəyyən qisminin müsbət həll olunduğunu söyləmişdir. Ombudsman respublıkamızda yoxsullugun azaldılması üzrə Milli Fəaliyyət Planının hazırlanmasında İqtisadi İnkişaf nazirinin səylərini qeyd etmişdir.
İqtisadi inkişaf naziri Fərhad Əliyev nazirliyin iqtisadi proqnozlaşdırma, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə əməkdaşlığından danışmış, xarici iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən strukturlar və regional qurumlar barədə məlumat vermiş, nazirliyin bu bölmələrinin səmərəli fəaliyyəti nəticəsində vətəndaşların müraciətlərinin azaldığını qeyd etmişdir.
Nazir beş yüz mindən çox vətəndaşın özəlləşmədən bəhrələndiyini bildirmiş, özəlləşmə və dövlət mülkiyyətinin idarə edilməsi departamentinin bu istiqamətdə mühüm iş apardığını bildirmişdir. Sahibkarlığın inkişafı üçün hazırda vəsaitin artırıldığını, fonddan istifadə qaydalarının təkmilləşdirildiyini, tenderlərin əhəmiyyətini qeyd etmişdir.
Nazir 1600 səhmdar cəmiyyətinin formalaşdığını və onların müəssisələrində vətəndaşların işlə təmin olunduğunu bildirmişdir.
Görüş canlı dialoq və diskussiya şəraitində keçmişdir. Qmbudsman və iqtisadi inkişaf naziri əməkdaşlığı bundan sonra da davam etdirməyi zəruri hesab etmişlər.