İQTİSADİYYAT
ƏMƏKDAŞLIQ İQTİSADİ SABİTLİYİN TƏMİNATIDIR
AZƏRTAC-ın xüsusi müxbiri bu şəhərdən xəbər verir ki, Energetika xartiyası katibliyi və Özbəkistan hökuməti tərəfindən təşkil olunmuş konfransda Mərkəzi Asiya dövlətləri, Rusiya, Yaponiya, Cənubi Koreya, Çin, Türkiyə və İranın, o cümlədən beynəlxalq təşkilatların və işgüzar dairələrin nümayəndələri iştirak etmişlər.
Energetika xartiyasının baş katibi Riya Kemper demişdir ki, Mərkəzi Asiya dövlətləri arasında energetika sahəsində əməkdaşlıq regionda uzunmüddətli iqtisadi sabitliyin təminatıdır.
Konfrans iştirakçıları Mərkəzi Asiya dövlətlərində energetika sahəsində faydalı investisiya ab-havasının yaradılması, regionda enerji ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi, o cümlədən neft, qaz və elektrik enerjisinin tranziti üçün sabit hüquqi bazanın təmin olunması məsələlərini müzakirə etmişlər.
Konfransda Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov da iştirak etmişdir.