SİYASƏT
ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ SAHƏSİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Əvvəlcə Daimi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov və Türkiyə Respublikası əmək və sosial təminat nazirinin müavini Enis Yeter çıxış etmişlər.
Qeyd olunmuşdur ki, Türkiyə Respublikası Əmək və Sosial Təminat Nazirliyinin nümayəndə heyəti Bakıda məhsuldar işləmişdir. Bildirilmişdir ki, nazir Murat Başesgioğlu Prezident İlham Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla görüşmüşdür. Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə aparılmış danışıqlar nəticəsində anlaşma memorandumu imzalanmışdır. Bütün bunlar çox mühüm işlərdir və hər iki ölkə vətəndaşlarının əməyinin və sağlamlığının mühafizəsi üçündür. Bundan əlavə, Murat Başesgioğlu uşaqların bərpa mərkəzində olmuş, müalicə ocağına kompüter, soyuducu, televizor və s. hədiyyə etmişdir. Səfər müddətində Birgə Daimi Komissiya da fəallıq göstərmişdir. Komissiyanın iclasında çox ciddi məsələlər müzakirə olunmuşdur.
Sonra Azərbaycan Respublikası tərəfdən İlqar Rəhimov, Türkiyə Respublikası tərəfdən isə Enis Yeter Protokolu imzalamışlar.
Daimi Komissiyanın novbəti iclasını bu ilin noyabrında Ankarada keçirmək qərara alınmışdır.
Türkiyə Respublikası Əmək və Sosial Təminat Nazirliyinin nümayəndə heyətinə hədiyyələr təqdim olunmuşdur.