Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ ƏMƏLİYYAT-AXTARIŞ SUBYEKTLƏRİNİN SƏLAHİYYƏT BÖLGÜSÜ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 19 İYUN TARİXLİ 507 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 405; 2002-ci il, №8, maddə 478; 2003-cü il, №10, maddə 585; 2004-cü il, №1, maddə 19; 2005-ci il, №4, maddə 299; 2006-cı il, №2, maddə 92) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. I bəndin birinci və yeddinci abzaslarında “Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.

2. I bəndin 5-7-ci abzasları 6-8-ci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin:

“iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;”.

3. II bənddə “və daxili işlər” sözləri “, daxili işlər və vergilər” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin