REGİONLAR


AMAL Akademiyasının YAY Məktəbinə qeydiyyat başlayır

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkil etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) təşəbbüsü ilə AMAL Akademiyasının Yay Məktəbinə qeydiyyat başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, gənc fermerlərin aqrar sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunacaq peşəkar yay məktəbi avqustun 25-dən sentyabrın 1-dək Oğuz rayonunda keçiriləcək. Yay Məktəbində kənd təsərrüfatına maraq göstərən 18-35 yaş arasında gənclər iştirak edə bilər. Seçim zamanı gənclərin iştirak etmə məqsədi əsas meyarlardan biri olacaq.

Təlimlərin nəzəri hissəsi 20 saatdan ibarət olacaq və “Aqrobiznes anlayışı”, “Öz biznesini qurmağın yolları”, “Aqro-marketinq”, “Kənd təsərrüfatında innovasiyalar” kimi mövzuları əhatə edəcək. Təlimlər adları sadalanan sahələrin ekspertləri tərəfindən keçiriləcək.

Nəzəri və praktiki biliklərin daha yaxşı qavranılması üçün yay məktəbində yeni təlim texnologiyaları tətbiq ediləcək və təlimlər zamanı sahibkar təsərrüfatlarına səfərlər təşkil olunacaq.

AMAL Akademiyası Yay Məktəbinə (http://amal.az/az/yay-mektebi) avqustun 10-dək müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.