REGİONLAR


AMAL-çılar üçün təlimlər başlayır

Bakı, 9 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) üzrə növbəti mərhələyə keçmiş şəxslər müəyyənləşdirilib. Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, aprelin 15-dən etibarən yeni mərhələyə keçmiş AMAL-çılara təlimlər verilməyə başlayacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu təlimlərdə iştirakçılara kənd təsərrüfatının müxtəlif sahələri üzrə biznes planlarının hazırlanması və inkişaf etdirilməsi barədə məlumatlar veriləcək. Təlimi uğurla keçən AMAL-çılar öz planlarını inkişaf etdirib üzərində çalışacaqlar.

“AMAL-çı gənclərə biznes planlarının hazırlanması, biznesin idarə edilməsi, satış və marketinq, aqrobiznes sahələri ilə bağlı müxtəlif istiqamətlərdə təlimlər keçirilməsi üçün təlimçiləri artıq seçmişik. Bir neçə gün əvvəl bu təlimçilərə xüsusi hazırlıq təlimləri verilib”, – deyə AKİA-dan bildirilib.

Agentlikdən verilən məlumata görə, hazırda təlimlərdə iştirak edəcək gənclərlə əlaqə saxlanılıb, onların seçilməsi barədə məlumat verilir. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan 400-dən çox AMAL-çının qatılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.