İQTİSADİYYAT
AMAL layihəsindən 1422 gənc bəhrələnib
Bakı, 26 dekabr, AZƏRTAC
Aqrar Məşğulluğun Artırılması Layihəsindən (AMAL) 1422 gənc bəhrələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.
AKİA-nın rəsmisi diqqətə çatdırıb ki, cari ilin əvvəllərində Aqrar Kredit və İnkişaf Agentliyi AMAL-ın icrasına başlayıb. Layihənin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir: “Bununla əlaqədar 21 rayonda 400 gəncə müxtəlif təlimlər keçirilib və onlara güzəştli kreditlər verilib. Bu istiqamətdə həyata keçirilən bir neçə layihə çərçivəsində 965 gənc üçün məşğulluq yeri formalaşdırılıb. Ümumilikdə isə, layihədən bəhrələnən gənclərin sayı 1422 nəfər təşkil edib. Sözügedən layihə üzrə işlər davam etdirilir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]