İQTİSADİYYAT


ƏMANƏTLƏRİN SIFORTALANMASI FONDU YARADILACAQDIR

Banklardakı əmanətlərinin sığortalanması və qaytarılması məqsədilə bir sıra tədbirlər görülür.

Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədr müavini Əli Əlirzayev AZƏRTAC-ın müxbirinə demişdir ki, əmanətlərin sığorta siteminin yaratmaq, banklarda və xarici bankların yerli filiallarnda xüsusilə xırda əmanəti olan fiziki şəxslərin yerləşdirdikləri əmanətlərin mümkün itkisinin qarşısını almaq, dövlətin maliyyə sisteminin təhlükəsizliyini və bank sisteminin inkişafını təmin etmək məqsədilə əmanətlərin Sığortalanması Fondu yaradılacaqdır.

Qeyri kommersiya təşkilatı və hüquqi şəxs olacaq Fond öz fəaliyyətində “Banklar haqqında” qanuna və digər qanunlara əsaslanacaqdır.

Fondun pul ehtiyatları yeni açılan banklar üçün müəyyən edilmiş minimum nizamnamə kapitalının 0,2 faizi miqdarında iştirak haqlarından, iştirakçı bankların təqvim haqlarından, cari xərclər çıxılmaqla fondun vəsaitinin idarə olunması nəticəsində əldə olunmuş gəlirlərdən, bankların verdikləri əlavə və fövqəladə haqlardan, müvafiq ianə və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına formalaşacaqdır.

Fond 5 nəfərdən ibarət Himayəçilik Şurası tərəfindən idarə olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.