Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏMANƏTLƏRİN SIĞORTALANMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, (I kitab), maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, (I kitab), maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3,13,23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276,279, №8, maddələr 407, 425, №12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6,7,10,13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5,6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691,692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083,1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3,4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 313-IIIQD, 317-IIIQD, 320-IIIQD nömrəli, 31 may tarixli 357-IIIQD nömrəli və 16 iyun tarixli 391-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 223-4-cü maddə əlavə edilsin:

“Maddə 223-4. Əmanətlərin sığortalanması qaydalarının pozulması

Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə qanunvericiliklə müəyyən edilmiş ödənişlərin Milli Bankın müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə-

vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarında cərimə edilir.”.

II.”Banklar haqqında” Azərbaycan Respublikasınının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 130; 2005-ci il, №4, maddə 276; 2007-ci il, №5, maddə 401; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 320-IIIQD nömrəli qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 41.2-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir.”;

2. aşağıdakı məzmunda 48.3-cü maddə əlavə edilsin:

“48.3. Bankın fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi hüququ “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əsaslar olduqda da dayandırılır.”;

3. 82.1.1-ci maddə çıxarılsın;

4. 82.1.2-ci maddədə “fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun” sözləri “Əmanətlərin Sığortalanması Fondunun” sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin