İQTİSADİYYAT
ƏMANƏT VƏ DEPOZİTLƏRİN HƏCMİ 25,7 FAİZ ARTMIŞDIR
Bu il noyabrın 1-nə olan məlumata görə, respublika banklarının cəlb etdiyi əmanət və depozitlərin ümumi həcmi 2778,6 milyard manat olmuşdur. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın aldığı məlumata görə, bu göstərici yanvarın 1-nə nisbətən 23,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 25,7 faiz çoxdur.
Həmin məbləğin 482,7 milyard manatı (17,4 faiz) milli valyuta, 2295,9 milyard manatı (82,6 faiz) xarici valyuta ilədir.
Noyabrın 1-dək fiziki şəxslər tərəfindən banklara 1133,5 milyard manat əmanət qoyulmuşdur ki, bu da yanvarın 1-nə nisbətən 47,7 faiz, ötən il oktyarbın 1-i ilə müqayisədə isə 57,9 faiz çoxdur.
Hüquqi şəxslər isə banklara 1645,1 milyard manat məbləğində depozitlər qoymuşlar. Bu, yanvarın 1-nə olan göstəricidən 10,4 faiz, ötən ilin həmin dövrünə nisbətən 10,2 faiz artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]