ELM VƏ TƏHSİL


AMEA: Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 16 oktyabr, AZƏRTAC 

Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, koreyalı qonaqlar elmi müəssisədə görülən son işlərlə bağlı sərgi ilə tanış olublar. İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi müəssisədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Görüşdə iki institut arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.