ELM VƏ TƏHSİL
AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər” jurnalı məqalə qəbulunu davam etdirir
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Elmi əsərlər” jurnalı 2019-cu ildə növbəti ikinci nömrəsi üçün məqalə qəbulunu davam etdirir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, jurnalın ikinci nömrəsi üçün məqalə qəbulu noyabrın 30-a qədər davam edəcək.
Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:
- Kitabxana-informasiya elmi;
- Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, “Vikipediya”, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);
-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.
Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı aşağıda qeyd olunan rubrikalara da yazılar qəbul edilir:
-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;
-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;
-Digər ixtisaslar üçün kitabxana xəbərləri;
-Sahə üzrə yeni kitablar;
-Yerli və beynəlxalq tədbirlər təqvimi.
“Elmi əsərlər” jurnalı 2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilib. Ətraflı məlumatla linkdə tanış olmaq mümkündür.