ELM VƏ TƏHSİL


AMEA NAXÇIVAN BÖLMƏSİNİN BİR YAŞI VAR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi yarandığı bir il ərzində 2 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər müxbir üzvü seçilmiş, 2 nəfər doktorluq dissertasiyası müdafiə etmiş, 4 nəfər doktorluq dissertasiyasını, 2 nəfər namizədlik dissertasiyasını müzakirəyə təqdim etmiş, 5 əməkdaş aspiranturaya qəbul olunmuş, 6 nəfər isə dissertant təsdiq olunmuşdur.

Bölmənin Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanası, əlyazmalar fondu, kitabxana, arxiv üçün yeni üçmərtəbəli bina istifadəyə verilməyə hazırlanır. Hesabat ilində bölməyə 3 ədəd minik avtomaşını, 1 ədəd mikroavtobus, 1 ədəd “Belarus” markalı traktor və 6 kompüter dəsti verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.