SİYASƏT
AMEA-NIN İNSAN HÜQUQLARI İNSTİTUTUNDA GÖRÜŞ
İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev qonaqları səmimi salamladıqdan sonra ölkəmizdə Novruz bayramının qeyd olunduğunu xatırlatmış, xeyirxahlıq, ədalət rəmzi olan bu milli bayram haqqında məlumat vermiş, Azərbaycan xalqının ən böyük arzusunu-növbəti Novruzu qədim Qarabağda qarşılamaq istəyini dilə gətirmişdir.
R.Mustafayev bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbərə karikaturaların dərc olunmasının Azərbaycan xalqı tərəfindən də narazılıqlla qarşılandığı bildirmişdır: “Ziyalılarımız Avropa Şurasının bu məsələyə münasibət göstərəcəyini gözləyirdilər. Bu provokasiyaya münasibət bildirməyə ehtiyac var”- deyə o vurğulamışdır.
R.Mustafayev mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilər barədə danışmış və bildirmişdir ki, bu seçkilər də demokratik, şəffaf və Avropa standartlarına uyğun olacaqdır. O, seçicilər arasında maarifləndirici tədbirlər keçirmək məqsədi ilə rəhbərlik etdiyi institutun müvafiq layihə reallaşdırmaq niyyətində olduğunu diqətə çatdırmışdır.
Eduard Lintner Avropa Şurasının Azərbaycan ilə münasibətlərinin inkişafında maraqlı olduğunu vurğulamışdır. O, təkrar seçkilərin də Avropa standartlarına uyğun keçəcəyinə inamını bildirmiş, apreldə Bakıda iki dəyirmi masa təşkil edəcəklərini açıqlamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.