REGİONLAR


AMEA Naxçıvan Bölməsində doktorant və dissertantlar attestasiyadan keçirilib

Naxçıvan, 18 yanvar, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra bölmənin attestasiyadan keçirilən doktorant və dissertantları, həmçinin təhsil müddətini bitirərək azad olunan doktorant və dissertantlar haqqında məlumat verilib.

Bölmənin Elm və təhsil şöbəsinin mütəxəssisi Gülvira Abbasova bildirib ki, cari ildə Naxçıvan Bölməsində 9 doktorant və 30 dissertant tədqiqatını davam etdirir, fəlsəfə doktoru hazırlığı üzrə 12 dissertant, elmlər doktoru hazırlığı üzrə 4 doktorant və 1 dissertant isə artıq təhsil müddətini başa vurub. Hazırda təhsil alan doktorant və dissertantlar Vətən tarixi, arxeologiya, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, folklorşünaslıq, müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik, botanika, bioloji ehtiyatlar, fiziki kimya, qeyri-üzvi kimya, yarımkeçiricilər fizikası, astrofizika və ulduz astronomiyası və digər sahələr üzrə tədqiqatları davam etdirirlər.

Daha sonra elmlər doktorluğu və fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün tədqiqat aparan, eləcə də təhsilini başa vuran doktorant və dissertantların apardıqları araşdırmaların icra vəziyyəti müzakirə olunub.

İclasda AMEA Naxçıvan Bölməsində çalışan bəzi əməkdaşların Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcələrinin artırılması və gündəlikdəki digər məsələlər də müzakirəyə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.