REGİONLAR
AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
Naxçıvan, 18 may, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Rusiyanın “Muasir bağçılıq” nəzəri və elmi praktiki beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla bağlı jurnalın baş redaktoru, professor Sergey Dmitriyeviç tərəfindən məktub ünvanlanıb.
Orxan Bağırov “Naxçıvan Muxtar Respublikasının çəyirdəkli meyvə bitkilərinin genefondunun qiymətləndirilməsi” mövzusu üzərində tədqiqatlar aparır. Onun elmi-tədqiqat işlərinin nəticələri ölkəmizlə yanaşı, xaricdə çap olunan bir sıra beynəlxalq jurnallarda da işıq üzü görüb. Alimin mövzuya uyğun yazılan elmi məqalələri sözügedən jurnalda dərc olunub.