REGİONLAR


AMEA Naxçıvan Bölməsinin əməkdaşının məqaləsi nüfuzlu topluda dərc olunub

Naxçıvan, 4 may, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimovun məqaləsi “Springer” nəşriyyatında çapdan çıxmış irihəcmli “Asiyada biomüxtəliflik, mühafizə və davamlılıq” elmi toplusunun “Qərbi Asiya və Qafqazda perspektivlər və çağırışlar” adlı I cildində ayrıca fəsil şəklində nəşr olunub.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Azərbaycanın Naxçıvan Muxtar Respublikasının florasında Crataegus (Rosaceae) cinsi” adlı məqalədə muxtar respublika ərazisində yayılan yemişan növlərinin tədqiqi ilə əlaqədar aparılmış işlərin nəticələri haqqında geniş məlumat verilib. Məqalədə yemişan cinsinin Naxçıvan Muxtar Respublikası florasında hazırkı vəziyyətini aydınlaşdırmaq məqsədilə AMEA-nın Botanika İnstitutunun, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Naxçıvan Dövlət Universitetinin herbari fondlarında saxlanılan herbari nüsxələri müqayisəli təhlil edilib.

Uzunmüddətli ekspedisiyalar zamanı toplanılan herbari materiallarının təhlili və ədəbiyyat məlumatlarına əsasən müəyyən edilib ki, hazırda Naxçıvan florasında bu cinsin 22 növü mövcuddur.

Məqalədə adıçəkilən hər bir növün botaniki təsviri verilib, növlərin sinonimləri, qurşaqlar üzrə yayılma qanunauyğunluqları, biotopu, çiçəkləmə və meyvənin yetişmə müddətləri haqqında dəqiq məlumatlar əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.