ELM VƏ TƏHSİL


AMEA Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi ilə əməkdaşlıq edəcək

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Özbəkistana səfəri çərçivəsində bu ölkənin İnnovativ İnkişaf Nazirliyində olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik Arif Həşimov Özbəkistan Respublikasının innovativ inkişaf naziri İbroxim Abduraxmonovla görüşüb, bir sıra müzakirələr aparılıb.

Müzakirələrdən sonra AMEA ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənədi akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.

Memorandumda iki dövlətin iqtisadi və sosial inkişafı üçün qarşılıqlı maraq doğuran və əhəmiyyət kəsb edən elmi məsələlər üzrə birgə tədqiqatların və innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.