Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi və 70 illik yubileyi münasibətilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylini təbrik edib. AMEA-nın Fəxri Fərmanını akademikə təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif olunmuş AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına mükafatlar, eləcə də AMEA-nın Xatirə nişanı, “Gənc kimyaçılar elmdə” müsabiqəsinin qaliblərinə isə sertifikatlar təqdim olunub.

Gündəlikdə yer alan elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları müzakirə olunub. Akademik Akif Əlizadə AMEA-nın nümayəndə heyətinin Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirakı və səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bildirib ki, səfər çərçivəsində bu ölkənin vitse-prezidenti İliana İotova ilə görüş keçirilib. İki ölkə arasında mövcud elmi əməkdaşlığın müzakirə olunduğunu deyən akademik əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.

Akif Əlizadə nümayəndə heyətinin Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova ilə görüşdüyünü və ona “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təqdim olunduğunu, Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyinin ziyarət edildiyini diqqətə çatdırıb. Akademiyanın prezidenti, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibəsində AMEA-nın son illərdəki fəaliyyəti, həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verdiyini əlavə edib.

İclasda AMEA-nın nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunlarına dair müvafiq qərar qəbul edilib.

Sonra Azərbaycan alimlərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Gündəlikdəki növbəti məsələ AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan son illər dünyada mövqeyini daha da möhkəmləndirməkdə, nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir. Bu sahədə həyata keçirilən tədbirlərdən danışan akademik ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə UNESKO ilə sıx əməkdaşlıq etdiyini xatırladıb.

Qeyd olunanlar nəzərə alınaraq AMEA-nın Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb və akademik Şahin Mustafayev mərkəzin direktoru təyin edilib.

Sonra “Elmi kadrlar” Milli İnformasiya Sistemi ilə bağlı məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev artıq sistemin yaradılmasına başlanıldığını deyib. O, AMEA-nın elmi müəssisələrində çalışan işçilərin bu sistemdə qeydiyyatdan keçiriləcəklərini söyləyib. Qeyd edib ki, sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq. Sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.

Sonra akademik Rasim Əliquliyev elmin populyarlaşdırılması sahəsində AMEA və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə fəaliyyətindən danışıb. Akademik 2016-cı ildə “Elm və innovasiya” elmi-publisistik televiziya proqramının təsis edildiyini xatırladıb, onun ölkəmizdə dövlətin elm siyasətinin həyata keçirilməsi, akademiyanın qarşısında duran vəzifə və tapşırıqların icrası, elmi-innovativ layihələrin geniş müzakirəsi, elmi və texnoloji sferadakı yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın yüksəldilməsi istiqamətində uğurla yayımlandığını bildirib. Qeyd edib ki, hər buraxılışı 45 dəqiqədən ibarət olan “Elm və innovasiya” verilişinin indiyədək 60 sayı yayımlanıb. Proqramda Azərbaycan elminin müxtəlif istiqamətləri üzrə nailiyyətləri və qarşıda duran vəzifələr respublikanın görkəmli elm xadimləri ilə geniş müzakirə edilib.

Vitse-prezident əlavə edib ki, AMEA ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən uğurlu əməkdaşlığın davamı olaraq, bir sıra layihələrin, o cümlədən, “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır. Proqram çərçivəsində elmi-innovativ fəaliyyət sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması və alimlərlə biznes sektorunda çalışan şəxslərin sıx təmasının yaradılması üçün verilişlərin hazırlanması nəzərdə tutulur.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi, ayrı-ayrı elm sahələrinə dair biliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına məsələ ilə bağlı təkliflərini təqdim etmək tapşırığı verib.

Növbəti məsələ AMEA-nın magistraturasında tədris prosesinin təkmilləşdirilməsi haqqında olub. AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov magistraturada tədris prosesinin təşkili və qarşıda duran vəzifələrdən danışıb. Bu il AMEA-nın magistraturasına 22 ixtisas 75 ixtisaslaşma üzrə 120 nəfərin qəbul olunduğunu deyən akademik-katib vurğulayıb ki, bu rəqəm ötən illə müqayisədə iki dəfə artıb.

Əminağa Sadıqov institutlara tədris-metodiki sənədlərin, xüsusilə sillabusların tədris ili başlanana qədər hazırlanıb təsdiqlənməsi üçün müvafiq təhsil şöbələrinə vaxtında təqdim olunmasını tövsiyə edib. Rəyasət Heyəti qeyd olunanları nəzər alaraq müvafiq qərar qəbul edib.

İclasda AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev akademiyanın fəaliyyətini tənzimləyən normativ-hüquqi xarakterli aktlar və daxili intizam qaydaları ilə bağlı çıxış edib.

Tədbirdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin tərkibi təsdiqlənib. Nəşr üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramının hazırlanıb Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab olunub.

Həmçinin akademiklər – Ramiz Məmmədovun 70, Arif Həşimovun 70, Ənvər Nəhmədovun isə 60 illik yubileylərinin qeyd olunması haqqında qərarlar qəbul edilib. R.Məmmədovun yubileyinə həsr olunan elmi konfransın keçirilməsi, onun biblioqrafiyasının nəşri, A.Həşimov və Ə.Nəhmədovun yubileylərinə həsr olunan elmi sessiyaların keçirilməsi, eləcə də onların elmi və elmi-təşkilati fəaliyyətləri ilə bağlı materialların kütləvi informasiya vasitələrində işıqlandırılmasına dair tapşırıqlar verilib.

Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın “Həyat elmləri və biotəbabət” jurnalının redaksiya heyətinin tərkibi təsdiq olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir