ELM VƏ TƏHSİL


AMEA YTP-nin inkubator-rezidenti “TEKNOFEST Azərbaycan”da robot-dezinfektor nümayiş etdirəcək

Bakı, 12 may, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yeni inkubator-rezidenti olan “Troniq” MMC “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edəcək.

Bu barədə AZƏRTAC-a məlumat verən müəssisənin direktoru Anar Nəbiyev “Troniq” MMC-nin ən müasir standartlar əsasında istənilən növ avadanlıq üçün plataların istehsalı və onların proqram təminatının yazılmasını həyata keçirdiyini bildirib.

A.Nəbiyev qeyd edib ki, müəssisə festival çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsullarının nümayişini həyata keçirəcək.

“Sərgidə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış süni intellekt əsaslı “Seit-uv” robotu”nun nümayişi planlaşdırılır”, - deyən şirkət rəsmisi bildirib ki, bu robot öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işləri aparmaq imkanına malikdir.

“Troniq” MMC-nin istehsal etdiyi bütün avadanlıq və proqram təminatlarının ən yüksək texnoloji tələblərə cavab verdiyini söyləyən A.Nəbiyev bu məhsulların keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirildiyini də diqqətə çatdırıb.

Direktor sərgidə, həmçinin süni intellektlə işləyən proqram təminatının təqdim olunacağını da bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.