ELM VƏ TƏHSİL


AMEA YT Park və STEPI-nin birgə icra etdiyi layihə ilə bağlı onlayn mühazirə dinlənilib

Bakı, 19 may, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə icra etdiyi “AMEA YTP-nin istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində “Dövlət tədqiqat institutları və texnologiyaların kommersiyalaşdırlması” mövzusuna həsr olunmuş onlayn seminar keçirilib.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Koreya Milli Mühəndislik Akademiyasının üzvü, Koreya Elm və Texnologiya və Koreya Sənaye İqtisadiyyatı və Ticarət İnstitutlarının elmi işçisi, Koreya İnnovasiyalar Cəmiyyətinin prezidenti, Gyeongsang Milli Universitetinin (GNU) professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Jong-Bok Park mövzuya dair çıxış edib. O, Koreyada dövlət tərəfindən maliyyələşdirilən tədqiqat institutlarının fəaliyyət mexanizmi, texnologiyaların transferi və kommersiyalaşdırılması proqramları, alim və mütəxəssislərin kommersiyalaşdırılmadan əldə etdiyi gəlirlər və tədqiqat institutları ilə bağlı Koreya təcrübəsindən bəhs edib, çoxsaylı sualları cavablandırıb.

Seminarda layihənin koordinatoru Bunyamin Seyidov həyata keçirilən işlər çərçivəsində texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə onlayn platformanın yaradılması haqqında məlumatı diqqətə çatdırıb. Bildirib ki, bu platforma elmi-tədqiqat müəssisələrinin, alim və mütəxəssislər, əqli mülkiyyət sahibləri, biznes yönümlü intellektual yaradıcı insanların sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və bu tipli müəssisələrlə qarşılıqlı fəaliyyətlərinin təmin edilməsinə xidmət göstərməklə tədqiqat-sənaye əməkdaşlığının güclənməsinə təkan verəcək.

Daha sonra Azərbaycanda müvafiq sahədə həyata keçirilən işlər və mövcud problemlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.