ELM VƏ TƏHSİL


AMEA YT Parka infotur təşkil edilib

Bakı, 20 avqust, AZƏRTAC 

SOCAR‐ın Ekologiya idarəsinin rəis müavini professor Əflatun Həsənovun rəhbərliyi ilə nümayəndə heyətinin AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) infoturu təşkil edilib. İnfoturun məqsədi YT Parkda istehsal olunan məhsullarla yaxından tanışlıqdır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən Akademiya Laboratoriyasına baş çəkib. Sonra qonaqlar “AMEA Təcrübə-Sənaye Zavodu” MMC və “Millers Oils Azerbaijan” MMC-nin hazır məhsulları və onların istehsal prosesi ilə tanış olublar.

İnfotur iştirakçıları müşahidələrinin müsbət olduğunu qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.